27-02-2018 [10:26]
("Statusman” kitabından seçmələr)
Kəpənəklərin bir növü haqqında məlumat məni düşündürdü. Latınca "ephemerotera” adlanan kəpənək cəmi bir gün yaşayır. Adının tərcüməsi də "birgünlük”dür.
Təsəvvür edirsiniz? Cəmi bir gün! Bu kəpənək haqqında daha bir neçə məlumat: gözəl olur, ağzı olmur. Gün ərzində axtarıb sevgilisini tapır, birgə yaşayır, günün sonuna dişi kəpənək yumurtalarını bir yarpağın arxasına qoyur. Günün sonunda hər ikisi bu dünyanı tərk edir.
Əvvəl kəpənəyin əlamətlərinə münasibətimi bildirirəm: gözəl olmaları təbiidir, çünki onlar elə ilk baxışdan biri-birinə vurulmalıdır. Sonrakı baxışlara, sadəcə, vaxt yoxdur. Ağızları da ona görə yoxdur ki, bir gün yaşamaq üçün yeyib-içməyə ehtiyac qalmır. Hə, elə buna görə də ağızın ehtiyacından doğan çoxlu problemlərdən azaddırlar. Belə..!
Görünən odur ki, bu kəpənəklərin sevmək və sevilmək ehtiyaclarından başqa heç bir istəkləri olmur! Yalnız sevgiyə həsr olunan bir gün. Daha doğrusu, sevgi ilə dolu bir ömür.
Təsəvvür edək, səhər kəpənək öz baramasından (pupundan) çıxır və öz gözəlinin axtarışına yollanır. Dişi kəpənəklər topa-topa uçaraq rəqs edir. Bu topanın içərisindən o öz seçimini edib ona yaxınlaşır və artıq onlar birgə rəqs edir. Sevgilərini də onlar qanadları ilə izhar edir. Sevgi, mütləq, qanadlı olmalıdır. Sevəndə qanadlanan insanlar bunu bilirlər. Başqa şeylərdə də insanların kəpənəklərlə çox oxşarlıqları var. İnsanlar da həyata gəlirlər, böyüyəndən sonra öz yarılarını tapıb ailə qururlar, həyata övlad gətirib, sonda bu dünyanı elə kəpənəklər kimi də tərk edirlər. Sadəcə, kəpənəklərin bir günə etdiklərini insanlar 80-100 ilə edirlər. Fərq nədədir? İnsanın ağzı var. O bu ağızı gündə ən azı üç dəfə yedirib-içirtməlidir. Çox hallarda insan həyatı elə bu ağıza qulluqda keçir.
Qayıdaq sevgidən başqa heç bir ehtiyacı olmayan kəpənəklərimizə. Bütün həyatlarının mənası məhəbbət olan cütlüyümüzə.
Yeganə neməti sevgi olan bir həyat təsəvvür edin. Yalnız birinə tam, axıra qədər, qalıqsız verilən sevgi! Şübhələrsiz, iradlarsız, yalanlı olmayan saf və ülvi sevgi! Təəssüf hissinin ola bilməyəcəyi bir izdivac!
Bu, bir kəpənək qismətidir – sevgi dolu ömür!
Əminəm ki, Allah insanların "yalançı” sevgilərindən usananda bu kəpənəklərin sevgisinə tamaşa edir, sevinir, öz ilahi rahatlığını tapır!
Yaradan insana daha da mərhəmətli olub, ona minlərlə günlük həyat bəxş edib, onun da hər gün xoşbəxt olmasını istəyir. Təəssüf ki, bu imkandan insan həmişə yararlana bilmir! Eyni zamanda insan istənilən yaşda geri baxanda öz həyatını elə bir gün kimi görür. Yüz yaşında olsa belə.
Əslində, insan elə yaşadığı günü yaşayır. Dünən artıq yoxdur, sabah isə hələ gəlməyib. Biz həmişə elə bir gündə – bu gündə yaşayırıq.
İndi sadə bir sual: insan bircə gün öz ağzını bağlayıb kəpənək ömrü yaşaya bilərmi? Cəmi bir gün! Səhərdən axşama kimi olan həyatını sevdiyinə həsr etsin. Onu sonsuz sevib xoşbəxt etsin. Xoşbəxt etdiyinin xoşbəxtliyindən özü də sonsuz xoşbəxt olsun! Bu xoşbəxtliyinin içərisində ani olaraq anlasın ki, saysız günlərini necə səmərəsiz, mənasız "vaxt öldürməklə” keçirib.
İnsan ömür boyu elə bir kəpənək sevgisi arzulayır, ancaq onu xəyallarında görür, ən yaxşı halda o sevgini şeirlərdə, yazılarda vəsf edir.
Dostlar, ömrə bərabər bir gün üçün, bəlkə, cəhd edəsiniz?
Hümbət Quliyev (publisist-yazar)
birlik.az
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışını edib
Bir vəkil kollegiyadan xaric olunub
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb
Tokayev İlham Əliyevə məktub göndərdi: "Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və..."
Nizami Tibb Mərkəzinə direktor təyin edilib
Rəsmi Moskva: "Rusiya ilə NATO arasında münaqişə riski var"
DİN: "Hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq"
Azərbaycan nefti 1.5 dollar bahalaşdı
"Fitch" Ukraynanın kredit reytinqini yüksəltdi
Madurodan tankerlərinə "əl qoyan" ABŞ-a növbəti etiraz: "Bu, müharibə silahına çevrilə bilməz"
Qalmaqallı iş adamının oğlu rəis vəzifəsindən çıxarıldı
Ankarada küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
Xəzər dənizində zəlzələ olub - 4,8 maqnitudada
2000-ci illərin ən məşhur uşaq aktyoru indi bomja çevrilib - FOTOLAR
Prokurorluq: "Okan Buruk istintaqa çağırılmayıb"
"Qalatasaray" 32 yaşı futbolçu ilə müqaviləni yeniləyir
İstanbulun məşhur əyləncə məkanlarının sahibi qandallandı - Aktrisanın əri ağır itthamla üz-üzədir
"Akasya Durağı"nın "Leyla"sı belə dəyişib - FOTOLAR
"Kurtlar Vadisi Pusu"nun aktrisası narkotik iddiasını rədd etdi: "O evdə cəmi bir dəfə olmuşam..."
ŞDQ Türkiyəyə meydan oxuyur? - Hakan Fidan Suriyada çıxış edərkən kürd silahlıları orduya hücum edib
Türkiyədə daha bir məşhur jurnalist saxlanıldı - Narkotik şübhəsiylə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzaya 26.000 yardım maşınını buraxmayıb - 73 gün ərzində