22-02-2018 [14:58]
Jurnalist Elgün Mənsimov oz "Feysbuk” səhifəsində keçmiş iş yeri olan, rəsmi dövlət qəzeti tərəfindən özünə qarşı edilən hörmətsizlikdən yazıb.
Mia.az Azinforum.az-a istinadən həmin fikirləri olduğu kimi təqdim edir:
"Bu gün "AZƏRBAYCAN” qəzetinin təşkilatçılığı ilə "XOCALI” şahidləri danışır” adlı kitabın təqdimatı oldu. Kitabda son illərdə qəzetdə dərc olunan 36 məqalə yer alıb. Və həmin məqalələrdən məhz 9-u (doqquzu) mənə məxsusdur. Çox təəssüf ki, kitabda məqalə müəllifləri sırasında mənim adım çəkilmir. Bunu özümə qarşı böyük haqsızlıq və hörmətsizlik kimi qəbul edirəm.
Hər kəs bilir, bilməyənlərə də deyirəm. Mən 2013-2017-ci illərdə "Azərbaycan” qəzetində çalışmışam. Müxbirlik fəaliyyətimdə şərəfimi qorumuş, mənəviyyatımı satmamışam. 2017-ci ilin oktyabrında "Musavat.com” saytının öz təşəbbüsü ilə "İki jurnalist evli olarsa…” (ailə məişət mövzusunda) rubrikasına müsahibə vermişəm.
Bundan sonra qəzet rəhbərliyi məndən buna görə izahat tələb etdi. Ki, necə oldu, müsahibə verdin və qəzet rəhbərliyindən niyə icazə almadın? Mən də izahat yazıb anlatdım. Və mənə irad tutuldu ki, niyə müsahibədə "Kaspi” qəzetini tərifləmisən, "Azərbaycan” qəzetini yox? Daha sonra "Kaspi” qəzeti, "qafqazinfo” səviyyəsində müxbir olmağımla ittiham edildim.
Halbuki, bu vaxta qədər yazılarıma görə, rəhbərlik nəinki məni tənqid etməyib, hətta kollektivə nümunə də göstərib.
Əlqərəz, qarşımda belə bir şərt qoyuldu ki, bir də bu cür "səhvlər” eləsən, işdən azad olunacaqsan. Təbii ki, bu olanlardan sonra orada rahat işləyə bilməzdim. Çünki belə münasibətin bir neçə gündən sonra nə ilə nəticələnəcəyini çox yaxşı anlayırdım. Nəticədə, 1 gündən sonra ərizəmi yazıb qəzetdən ayrıldım.

Açığı, bu məsələni açıqlamaqda maraqlı deyiləm, heç istəmirdim. Həm tanıyanlar tərəfindən ünvanlanan çoxsaylı suallar, həm də sözügedən kitabla bağlı özümə qarşı yönələn hörmətsizlik qarşısında bunları yazmaq məcburiyyətində qaldım.
Bununla belə, kitabla bağlı bir statusla kifayətlənməyəcəm. Lazımi yerlərə faktlarla müraciət edəcəm!”.
Jurnalistin bölüşdüyü fikirlərlə bağlı "Azərbaycan” qəzeti rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışını edib
Bir vəkil kollegiyadan xaric olunub
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb
Tokayev İlham Əliyevə məktub göndərdi: "Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və..."
Nizami Tibb Mərkəzinə direktor təyin edilib
Rəsmi Moskva: "Rusiya ilə NATO arasında münaqişə riski var"
DİN: "Hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq"
Azərbaycan nefti 1.5 dollar bahalaşdı
"Fitch" Ukraynanın kredit reytinqini yüksəltdi
Madurodan tankerlərinə "əl qoyan" ABŞ-a növbəti etiraz: "Bu, müharibə silahına çevrilə bilməz"
Qalmaqallı iş adamının oğlu rəis vəzifəsindən çıxarıldı
Ankarada küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
Xəzər dənizində zəlzələ olub - 4,8 maqnitudada
2000-ci illərin ən məşhur uşaq aktyoru indi bomja çevrilib - FOTOLAR
Prokurorluq: "Okan Buruk istintaqa çağırılmayıb"
"Qalatasaray" 32 yaşı futbolçu ilə müqaviləni yeniləyir
İstanbulun məşhur əyləncə məkanlarının sahibi qandallandı - Aktrisanın əri ağır itthamla üz-üzədir
"Akasya Durağı"nın "Leyla"sı belə dəyişib - FOTOLAR
"Kurtlar Vadisi Pusu"nun aktrisası narkotik iddiasını rədd etdi: "O evdə cəmi bir dəfə olmuşam..."
ŞDQ Türkiyəyə meydan oxuyur? - Hakan Fidan Suriyada çıxış edərkən kürd silahlıları orduya hücum edib
Türkiyədə daha bir məşhur jurnalist saxlanıldı - Narkotik şübhəsiylə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzaya 26.000 yardım maşınını buraxmayıb - 73 gün ərzində