26-01-2018 [11:21]
Bakıda "PR və media dialoqu" mövzusunda tədbir keçirilib.
Tədbir Mətbuat Şurası və Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası ilə birgə təşkil edilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin mahiyyətindən söz açaraq bildirib ki, dialoq çərçivəsində qurumların ictimaiyyətlə əlaqələr strukturunun media ilə necə əlaqə qurması, əlaqələrdə yaranan problemlər ətrafında müzakirələr təşkil ediləcək.
Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədov çıxışında bildirib ki, APRA təşkilatı 2016-cı ilin may ayında PR strukturunun Azərbaycanda daha geniş aspektdə tətbiqi, ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli inkişafına nail olmaq məqsədilə yaradılıb.
İ. Məmmədov deyib ki, bəzi dövlət qurumlarında mətbuat xidməti strukturu olsa da, ictimaiyyətlə əlaqələr strukturu, buna məsul şəxs yoxdur: "Ümumiyyətlə, ictimaiyyətlə əlaqələr sahəsində akademik təhsil mövcud deyil. Bu sahənin gələcək inkişafını təmin etməyə çalışacağıq”.
Qeyd olunub ki, aprelin 14-də keçiriləcək növbəti tədbirdə beynəlxalq PR mütəxəssisləri də iştirak edəcək.
İctimaiyyətlə Əlaqələr Assosiasiyasının fəaliyyətinin vacibliyini vurğulayan "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bu təşkilatın media və ictimaiyyətlə əlaqələr qurumu arasında münasibətlərin tənzimlənməsinə kömək edəcəyinə ümidini ifadə edib.
A. Quliyev deyib ki, bu sahədə metodik tövsiyələrin verilməsi çox vacibdir: "Azərbaycanda rəhbərliyi ictimaiyyət tərəfindən tanınmayan mətbuat xidmətləri var. Bəziləri mediaya qapalıdır. Əslində isə bu, onların özünə, fəaliyyətinin işıqlandırılması üçün lazımdır. Mətbuat xidməti rəhbərinin savadı, qələmi olmalı və ictimaiyyətlə əlaqələrin formatını bilməlidir. Bu sahədə kadrların yetişməsinə ehtiyac var".
Tədbir qurumların PR və mətbuat xidməti strukturunun fəaliyyəti, məmurların mətbuatdan uzaq düşməsinin səbəbləri, media nümayəndələri və mətbuat xidmətləri arasında əlaqələr və s. mövzular ətrafında müzakirələrlə davam etdirilib.
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...