23-01-2018 [19:27]
"Azərbaycanda bütün əsas azadlıqlar, o cümlədən mətbuat azadlığı tam təmin olunur.
Bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.
Dövlətimizin başçısı qeyd edib: "Düşünürəm ki, bununla bağlı tənqidin heç bir əsası yoxdur, çünki diqqət yetirsəniz, Azərbaycanda bütün əsas azadlıqlar, o cümlədən mətbuat azadlığı tam təmin olunur və Azərbaycan əhalisinin 80 faizi internetdən istifadə edir".
İlham Əliyev əlavə edib ki, heç bir senzura olmadan internetdən istifadə sərbəstdirsə və əhalinin böyük əksəriyyəti internetdən istifadə edirsə, mətbuatın məhdudlaşdırılmasından söhbət gedə bilməz: "Hesab edirəm ki, bu, siyasi səbəblərə əsaslanır. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Yenə təkrar edirəm, Azərbaycanda bütün əsas azadlıqlar təmin olunur və bizim hökumət bütün əraziləri genişzolaqlı internetlə təmin etmək üçün mühüm layihə həyata keçirir. Ona görə də bu münasibət qərəzli və bəzən də düşməncəsinə yanaşmaya əsaslanır. Bu münasibət Qərbdə bəzi siyasi mərkəzlər tərəfindən formalaşdırılır. Mən bu barədə tam dəqiqliklə danışmaq istəməzdim. Düşünürəm ki, bunun haradan qaynaqlandığı aydındır. Niyə belə münasibət var? Səbəb çox sadədir. Çünki Azərbaycan müstəqil, öz milli maraqlarına uyğun siyasət yürüdən bir ölkədir. Biz riskli və ölkəmiz üçün çətinliklər yarada biləcək heç bir avantüraya qoşulmuruq. Əvvəl dediyim kimi, bizdə daxili risklər yoxdur, Azərbaycanda sabit siyasi və iqtisadi mühit mövcuddur. Bizim qarşılaşa biləcəyimiz bütün potensial risklər kənardan gəlir".
Prezident bildirib ki, Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyaya sürükləmək üçün çox cəhdlər olub: "Biz həmişə çox neytral olmuşuq, heç kimin əleyhinə fəaliyyət göstərmirik. Biz risk daşıyan və milli maraqlarımıza cavab verməyən heç bir kampaniyaya qoşulmuruq. Buna görə də hücumların əsas səbəbi o ola bilər ki, bəziləri o qədər də böyük olmayan Azərbaycanı çox müstəqil hesab edir və bəzi QHT-lərin bu cür qiymətləndirməsi bizim reputasiyamıza xələl gətirmək, Azərbaycanı guya qeyri-demokratik ölkə kimi təqdim etmək məqsədi daşıyır. Bir daha deyirəm, bu gün biz siyasi və iqtisadi inkişafdan danışırıq. Bunları bir-birindən ayırmaq mümkün deyil. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik hesabatında 35-ci yerdə qərarlaşan bir ölkə üçün bu yaxşı göstəricidir. Bu, Azərbaycanın azad olduğunu göstərir. Davos, həmçinin siyasətçilərə ictimai etimad göstəricilərini açıqladı və Azərbaycan 20-ci sırada qərarlaşdı və inklüziv inkişaf göstəricisində Azərbaycan 3-cü yerdə qərarlaşıb. Biz real vəziyyətə baxmalıyıq”.
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...