“Qoroskop” qəzeti fəaliyyətini dayandırdı: "Düz 3 ildir ki, gəlirsiz çap olunuruq"

img

22-01-2018 [20:06]


1999-cu ildən ayda iki dəfə dərc olunan "Qoroskop” qəzeti öz fəaliyyətini dayandırıb. 

Mia.az xəbər verir ki, bu barədə musavat.com-a qəzetin baş redaktoru Səbuhi Rəhimli açıqlama verib.

O, bildirib ki, metro keçidlərindən qəzet yayımının yığışdırılması və son illər çap məhsullarının oxucu sayının minimuma enməsi vəziyyəti gərginləşdirib: 

"Birinci devalvasiyadan sonra isə fəaliyyətimizdə ciddi problemlər yarandı. Düz 3 ildir ki, gəlirsiz çap olunuruq. 2017-ci ildə isə ən tərəfsiz mətbu orqan olan "Qoroskop”un satışı hətta mətbəəyə olan borcu da bağlamağa imkan verməyib. Bu səbəbdən də yeni ildən fəaliyyətimizi dayandırmışıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA