Aparıcı Tural "Lider”dən ayrıldı - Açıqlama

img

02-01-2018 [23:25]


Aparıcı Tural Ozan "Lider” televiziyasından ayrılıb.

Mia.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Az xərclə” verilişinin yayımını dayandırıb. 

Tural yeni təklifləri müzakirə edə biləcəyini deyib:

"Lider TV-də yayımlanan proqramımı çöl çəkilişilərindən ibarət olduğu üçün həm hava şəraiti, həm də uğurlu layihə hazırlamaq səbəbindən dayandırmışam. Hazırda maraqlı və səviyyəli televiziya layihələri üçün başqa kanallar və prodakşnlarla nələrisə müzakirə edə bilərəm. Təkliflərə açığam. 2018-ə böyük nələrləsə başlamaq lazımdır”.

Xatırladaq ki, Tural əvvəllər "Space TV" də maqazin verilişlərinin aparıcısı olub. Aparıcı ötən ilin oktyabrında Lider TV-yə keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA