21-12-2017 [20:47]
"Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Bu günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.
Xatırladaq ki, MTN-ə bağlı reket jurnalist şəbəkəsinin əsas fiqurlarından olan Habil Vəliyev ötən il dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, hədə-qorxu yolu ilə pul tələb etməkdə, şantajda ittiham olunur. Bu ittihamlar üzrə təqsirləndirilən şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.
Virtualaz.org saytı iş üzrə istintaq materiallarını əldə edib. İstintaq materiallarından məlum olub ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alıb.
Habil Vəliyevin əməllərindən zərər çəkənlər: icra başçısı, təhsil müdiri və digərləri...
İş üzrə zərərçəkmiş şəxs qismində cəmi 12 nəfər tanınıb.
Bunlar Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov, "Qarasu” əməliyyat şirkətinin şöbə rəisi Rasim Bağırov, Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfov, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov, Bakıdakı "Maral” və "Elvin” motellərinin icarədarı Hatəm İbrahimov, "Azəri” kafesinin icarədarı Xəyyam Həsənov, Türkan qəsəbəsindəki "Cahargah” otelinin icarədarı Nofəl Musayev, Hacıqabul rayonu ərazisindəki "Çinar” restoranın sahibi Rafiq Rəsulov, "Karona”LTD-nin direktoru Ramil Quliyev və "Clear” hotelinin icarədarı Fuad Məmmədovdur.
İstintaqın versiyasına görə Habil Vəliyev adları çəkilən bu zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib. Belə ki, o, Günəşli qəsəbəsindəki "Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə "rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək H.Hüseynovun cəmi 30 min manatını ələ keçirib.
Yaxud istintaq müəyyən edib ki, Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu da rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.
İcra başçısı qorxusundan 15 min manat göndərib
H.Vəliyevin hədələyərək və şantaj edərək pul aldığı məmurlardan biri də Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tofiq Sadıqovdur. İstintaq müəyyən edib ki, H.Vəliyev məmurla telefon əlaqəsi saxlayaraq əlində onun barəsində ciddi kompromatların olduğunu bildirib, həmin kompromatların dərc edilməməsi üçün 1500 manat pul istəyib.
Digər epizoda görə H.Vəliyev "Gündəlik Bakı” qəzetində Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov haqda silsilə materiallar dərc etdikdən sonra ona zəng vurub. Barəsində yeni rüsvayedici məlumatları yayacağı ilə hədələyib və 40 min manat tələb edib. İcra başçısı bu hədələrdən qorxaraq Laçın rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyevin vasitəsilə ona 15 min manat pul göndərmək məcburiyyətində qalıb.
Seks görüntüləri ilə şantaj, 20 min manat tələbi
H.Vəliyev habelə iş adamı Hatəm İbrahimova məxsus "Elvin” kafesinin və "Maral” otelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi haqda materiallar dərc edəcəyi ilə hədələyərək onun 10 min manatadək pulunu ələ keçirib.
Reket baş redaktor "Qarasu” əməliyyat şirkətinin şöbə rəisi Rasim Bağırovu intim görüntüləri ilə şantaj edib. "Gündəlik Bakı” qəzetinin ofisində R.Bağırovla görüşərək ondan 20 min manat pul tələb edib.
İttiham aktına əsasən H.Vəliyev 2015-ci ilin əvvəlində "Karona” LTD şirkətinin direktoru Ramil Quliyevi də şantaj edib. Onun rəhbəri olduğu "Elmed” tibb mərkəzi haqda zərərçəkənin "sahibkarlıq və şəxsi nüfuzuna xələl gətirəcək” silsilə məqalələr dərc edib. Ondan 4 min dollar istəyib.
H.Vəliyev istintaqa ifadəsində irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib. Lakin istintaq bu qənaətə gəlib ki, onun əməllərini sübuta yetirmək üçün kifayət qədər dəlillər, şahid ifadələri toplanıb, üzləşdirmələr aparılıb. virtualaz.org növbəti buraxılışlarında bu səs-küylü cinayət işi üzrə ayrı-ayrı epizodlar, zərərçəkənlərin ifadələri barədə təfərrüatları oxuculara çatdıracaq.
Virtualaz.org
"Ata Abdullayev amnistiyaya düşmür" - Vəkil xəbəri təkzib etdi
SABİQ REKTORA HÖKM OXUNDU - Məhkəmə iclası
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
İsrail Qəzzaya yenə zərbə endirib - Ölənlərin sayı 70.942-yə çatıb
Elmar Baxşıyev istefa verib
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BƏYLƏR ƏYYUBOVUN QARDAŞI OĞLU QANDALLANDI: 5 milyonluq qaçaqmalçılıq işi üzrə həbslər başlayıb - AÇIQLAMA (YENİLƏNİB)
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışında - FOTOLAR
Bir vəkil kollegiyadan xaric olunub
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb
Tokayev İlham Əliyevə məktub göndərdi: "Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və..."
Nizami Tibb Mərkəzinə direktor təyin edilib
Rəsmi Moskva: "Rusiya ilə NATO arasında münaqişə riski var"
DİN: "Hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq"
Azərbaycan nefti 1.5 dollar bahalaşdı
"Fitch" Ukraynanın kredit reytinqini yüksəltdi
Madurodan tankerlərinə "əl qoyan" ABŞ-a növbəti etiraz: "Bu, müharibə silahına çevrilə bilməz"
Qalmaqallı iş adamının oğlu rəis vəzifəsindən çıxarıldı
Ankarada küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
Xəzər dənizində zəlzələ olub - 4,8 maqnitudada
2000-ci illərin ən məşhur uşaq aktyoru indi bomja çevrilib - FOTOLAR