Əvəz Zeynallı sərbəst buraxıldı - 200 manat cərimə olundu

img

20-12-2017 [18:59]


"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir qədər öncə Binəqədi rayon Məhkəməsində cərimələnərək, sərbəst buraxılıb.

Məhkəmənin qərarı ilə jurnalist 200 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, Əvəz Zeynallı dünən - dekabrın 19-da polisə aparılmışdı. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılan jurnalist Binəqədi şosesinin bağlanmasını videolentə alarkən saxlanılmışdı.
Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə inzibati iş açılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA