Ərdoğandan sərt ultimatum: "Sən gedəcəksən..."

img

04-12-2017 [09:29]


Türkiyə prezidenti Ərdoğan ona və ailəsinə "xaricdə bank hesabları var, ölkədən pul çıxarırlar" ittihamı yönəldən ana müxalifət partiyası - CHP sədri Kamal Kılıçdaroğluna sərt ultimatum verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan dünən partiyadaşları ilə keçirdiyi böyük tədbirdə bu barədə çıxış edib. O, CHP liderinə "sən bu ölkənin siyasətindən gedəcəksən" deyərək, onun yaydığı sənədləri ölkə daxii bank köçürmələri olduğunu bəyan edib: "Orta məktəbi bitirən belə, həmin sənədləri oxuduqda, onun nə olduğunu görür. Ancaq bu zat oxuduğunu da anlamır. Nə deyək, kasetlə gələn, sənədlə gedər. Kamal siyasətdən gedəcək. Belə birinin partiya başqanı olması mümkünsüzdür”.

Ərdoğan CHP liderinə qarşı ailəsi və özü tərəfindən qadırılan iddia haqda danışıb: "Bu zat bir şeylər uydurub. Danışacaq,  bölüşəcək, həll ediləcək xeyli işlərimiz varkən, bu zata məcbur qaıb zaman ayırırıq. Çünki cavab verməsək, bəzilərində sual yarana bilər. Cavab verdikdə isə zamanımız gedir. Bu adam Türkiyəyə qarşı kirli oyun oynayanlarla eyni sırada qərar tutub. Bilirsiniz, ona qarşı hüquqi addımlar atııb. Açılan davaları sonadək davam etdirəcəyik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA