Zelenski BMT-nin iclasında: "Rusiya Avropaya hüum planı hazırlayır" - "Moldova və Gürcüsan..."

img

25-09-2025 [00:03]


"Rusiyanın müharibəni genişləndirməyə, Avropaya yaymağa çalışır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışında deyib.

Onun sözlərinə görə, Rusiyanın Avropaya hücum planı var: "Rusiya prezidenti Vladimir Putin müharibəni davam etdirməkdə qərarlıdır. İndi Rusiya pilotsuz təyyarələri Avropa üzərində uçur. Bu, Rusiyanın əməliyyatları bir çox ölkəyə yaymasının işartılarıdır. İndi heç bir dövtət özünü təhlükəsiz hiss edə bilməz. Biz bunun qarşısın almaq üçün yeni təhlükəsizlik sistemi formalaşdırmalıyıq"

Rusiyanın Moldovaya da təhdid yaratdığını iddia edən Zelenski bildirib ki, bu dövlət də özünü Rusiyanın müdaxiləsinə qarşı narahat hiss edir: Biz Moldovaya kömək edirik, lakin Rusiya Moldovanı bir vaxtlar İranın Livana etdiyi kimi bir qarmaqarışıqlığa çevirməyə çalışır. Təəssüf ki, dünyanın reaksiyası bunlara adekvat deyil. Xatırlayırsınızsa, 2008-də Rusiya Gürcüstana soxuuldu, dünya Gürcüstana lazımi dəstəyi vermədi. İndi bu səbəbdən Rusiyanın təsirindən asılı qalıblar. Avropa bunu nəzərə alaraq, Moldovanı qorumalı, onu itirməməlidir"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA