Polis Saakaşvilinin tərəfdarlarına hücum etdi – VİDEO

img

06-12-2017 [11:12]


Kiyevdə Marinski parkı yaxınlığında Mixail Saakaşvili tərəfdarlarının düşərgəsinə hücum olub.

Bu barədə informasiyanı "Pravda.com.ua” saytı yayıb. Sayt hücumun hüquq-mühafizə orqanları tərəfindən səhər 06:00 radələrində gerçəkləşdirildiyini bildirib. Hücum nəticəsində bir neçə nəfərin xəsarət aldığı vurğulanıb.

Hazırda aktivistlər çadır düşərgəsini gücləndirirlər. Deputat Semen Semençenko çadır düşərgəsinin mühafizəsi ilə bağlı özünümüdafiə instruksiyası paylamağa başlayıb.

Qeyd edək ki, Saakaşvili hazırda düşərgə ərazisində yox, "Kiyev” mehmanaxasında qalır.


Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA