Azərbaycan vətəndaşları qayıqla ABŞ-a girmək istədi, həbs olundular - Amerika mediası yazdı

img

30-11-2017 [19:28]


ABŞ-ın Florida ştatının sahil mühafizə və sərhəd polisi qüvvələri Vest Palm-Biç şəhəri sahillərində içərisində 24 nəfərin olduğu 25 futluq qayığı ələ keçirib.

Virtualaz.org ABŞ KİV-lərinə istinadən xəbər verir ki, sahildən 9 mil uzaqlıqda keçirilən əməliyyat zamanı Birləşmiş Ştatlar ərazisinə qeyri-leqal daxil olmaq istəyən bir qrup xarici ölkə vətəndaşları saxlanılıb. Onların arasında Azərbaycan vətəndaşları da var.

Federal rəsmilər bildiriblər ki, qayıqdakılar əvvəlcə həbsxanaya aparılıb, daha sonra onlardan 6-nın barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar insan qaçaqçılığını təşkil edən iki nəfər, o cümlədən qayığın kapitanı, habelə əvvəllər törətdikləri cinayətlərə görə ABŞ ərazisinə daxil olması qadağan edilən 4 xarici vətəndaşdır.

Qayığın göyərtəsində Haiti, Ekvador, Çin, Boliviya, Azərbaycan və Dominikan Respublikası vətəndaşları olublar. Saxlanılanlardan 4-ü deportasiya edilib. Qayığın kapitanı iddia edib ki, sərnişinləri Atlantik okeanında hansısa gəmidən özünün sınıq-salxaq qayığına mindirib və ABŞ-a tərəf üzüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA