"2018-ci ildə iki bölgədə dünya müharibəsi çıxa bilər" - Avropa mediası

img

29-11-2017 [12:44]


2018-ci ildə iki bölgədə davam edən hərbi gərginlik dünya müharibəsinə gətirib çıxara bilər.

Bu iddia ilə İsveçrənin "Le Temps” qəzetinin yazarı Fransua Nordman çıxış edib.

"Gərginlik ocaqlarından birincisi Şimali Koreya böhranı və Çinlə ABŞ arasındakı qarşıdurma, ikincisi isə Yaxın Şərqdəki müharibədir. 

2018-ci ildə Şimali Koreyanın iştirakı ilə müharibənin başlama imkanları 50%-dən çoxdur. Pxenyanın ABŞ və Çinin təzyiqləri ilə nüvə silahından imtina edəcəyi inandırıcı deyil. 

Yaxın Şərqdəki vəziyyəti isə pik həddinə İran və Səudiyyə Ərəbistanı arasında başlayacaq müharibə çıxara bilər. Ər-Riyad İranın İraq Kürd Muxtariyyətində, Suriyada və hətta Türkiyədə təsirinin artmasından narahatdır”, - məqalədə bildirilib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA