ABŞ-dan Ankaraya İranla bağlı rəsmi xəbərdarlıq: "Təmasınızı anlayırıq, ancaq unutmayın ki..."

img

29-11-2017 [00:01]


"ABŞ coğrafi cəhətdən yaxın ərazidə yerləşmə və mədəni əlaqələri nəzərə alaraq, Türkiyənin İranla qarşılıqlı fəaliyyətinin labüdlüyünü anlayır, lakin bu təmaslar NATO-nun bütün üzvlərinin maraqlarına uyğun olmalıdır".

"RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Vaşinqtonda çıxışı zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.   

"Biz dərk edirik ki, mədəni və coğrafi əlaqələrini nəzərə alaraq, Türkiyə İranla təmasda olmalıdır. Lakin Türkiyə unutmamalıdır ki,  Ankara NATO üzvü olaraq, İranla təmaslarda Alyansın maraqlarını nəzərə almalıdır”, - deyə Reks Tillerson bildirib/APA.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA