Türkiyə Suriyada YPG-yə qarşı böyük döyüşə qərar verdi: "Əməliyyat sabah və ya daha tez ola bilər"

img

27-11-2017 [21:45]


Türkiyə ordusunun Suriyanın Afrin şəhərində əməliyyatı yaxın günlərdə başlaya bilər.

Bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

"Bu sabah və yaxud daha tez baş verə bilər”, jurnalistlərin suallarını cavablandıran nazir deyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhərində PKK terror təşkilatının Suriyadakı törəməsi olan "Demokratik İttifaq” (PYD) partiyasına qarşı əməliyyatın keçirilməsini istisna etməyib/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA