İranlı general Fransa və Səudiyyəni hədələdi: "Raketlərimizin hədəfini 2 min km-dən uzağa artıracağıq"

img

26-11-2017 [13:24]


Son həftələr Səudiyyə Ərəbistan və Fransa ilə "söz atışma"ları ilə gündəmdə olan İrandan daha bir sərt bəyanat verilib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Hüseyn Selami Avropanın təhdidlərinə qarşııq verməyə hazır olduqlarını deyib. 

O, "Əgər Avropanın İrana qarşı təhdidi davam edərsə,  biz də boş durmayacağıq" deyərək, bildirib ki, rəsmi Tehran öz raketlərinin daha uzaq mənzilləri hədəfə alacağı istiqamətində səyərini artıracaq: "Biz raketlərimizin hədəf məsafəsini 2 min km-dən artığına çıxaracağıq".

Onu da qeyd edək ki, SEPAH-ın komandiri Məhəmməd Əli Cəfəri də ötən gün sərt xəbərdarıq edərək, bəyan etmişdi ki, əgər bölgədə yeni bir savaş çıxarsa, bu, "İsrailin sonu olacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA