Kütləvi qətli İŞİD-in törətdiyi dəqiqləşdi - MİSİRDƏ

img

25-11-2017 [18:40]


Misirdə məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.

Bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb. Terrorçular 30 nəfər olub və məscidə 5 avtomobildə gəliblər. Onlar məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.

Xatırladaq ki, terror nəticəsində ölənlərin sayı 305-ə çatıb. Yaralıların sayı 128 nəfərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA