Batumidə oteldə baş vermiş yanğında 4 nəfər həlak olub

img

25-11-2017 [00:18]


Batumidə "Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb. Xəsarət alanların sayı 10-a çatıb.

Xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.

Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir. (APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA