Rəsmi Ankara Misir hökumətinə və xalqına başsağlığı verdi: "Terror hücumunu şiddətlə qınayırıq"

img

24-11-2017 [19:04]


Türkiyə Xarici İşlər Nazirliyi Misirdə məscidə edilən hücum nəticəsində ən azı 240 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı hadisə ilə Misir hökumətinə və xalqına başsağlığı verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirik yazılı bəyanatında baş verən terroru kəskin qınayıb: "Məscidə çoxlu sayda insanın ölümünə və yaralanmasına yol açan terror hücumunu şiddətlə qınayırıq.  Həyatını itirənlərin ailələrinə, qardaş Misir xalqına başsağlığı verir, yaralılara təcili şəfa diləyirik".

Qeyd edək ki, Misirdə "Müsəlman Hərəkatı" iqtidarının devrilməsindən sonra Ankara ilə Qahirə arasında münasibətlər həddən artıq gərginləşib. Hətta demək olar ki, iki ölkə arasında diplomatik əlaqələr də kəsilib...  

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA