Ev dustağı edilən prezident "istefa ver" çağırışına "aclıq"la cavab verdi: “Həqiqət uğrunda ölümə hazıram"

img

19-11-2017 [17:37]


Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe ev həbsində saxlanmasına etiraz olaraq aclıq aksiyası elan edib.
 
Bu barədə bu gün "Daily Mail” qəzeti Zimbabve prezidentinin aiə üzvlərindən birinə istinadən məlumat yayıb.
 
Qida qəbulundan imtina edən R. Muqabe "həqiqət uğrunda ölüm”ə hazır olduğunu bəyan edib. 

Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının üzvlərindən biri isə R. Muqabenin tək aclıq elan etmədiyini, danışmaqdan da imtina etdiyini bildirib.

Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyası isə prezident Robert Muqabeni sabah saat 12.00-a qədər istefa verməyə çağırıb.
 
Bu, partiyanın Mərkəzi Komitəsinin bu gün keçirilən xüsusi iclasında qəbul edilən qətnamədə əksini tapıb.
 
Qətnamədə qeyd edilib ki, əks halda prezidentin impiçmenti prosesinə başlanacaq. 
 
Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan çıxarılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA