Hərbçilər prezidenti ev dustağı etdi, sabiq baş nazir geri döndü

img

16-11-2017 [08:27]


Zimbabvenin sabiq baş naziri Morqan Tsvanqirayi ölkəyə qayıdıb.
 
Bu barədə "Sky News” xəbər verib.
 
Hazırkı prezident Robert Muqabenin əsas opponentlərindən biri sayılan Morqan Tsvanqirayi 2009-2013-cü illərdə Zimbabvenin baş naziri olub. Onun oktyabr ayından etibarən müalicə məqsədi ilə Cənubi Afrika Respublikasında olduğu bildirilir.
 
Ötən gün tankhərbçilər prezident Rober Muqabenin iqamətgahı və dövlət teleradio şirkətinin binasını ələ keçiriblər. R. Muqabe Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı ev dustaqlığında saxlanıldığını deyib. Bundan sonra Muqabenin noyabrda  istefaya göndərdiyi vitse-prezident Emmerson Mnanqaqva paytaxta qayıdıb.
 
Hərbçilər çevriliş etmədiklərini, cinayətkarlarla mübarizə tədbirləri həyata keçirdiklərini bildiriblər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA