Ermənistan parlamenti binası qarşısında tələbələrlə polis arasında toqquşma

img

15-11-2017 [12:49]


Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, parlament binasına tərəfinə irəliləyən etirazçılar yolu bağlayıblar.

İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb. Polis əməkdaşları onları hadisə yerindən uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər və nəticədə toqquşma baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA