Tramp sammitdə görüşmədi, Putin mesaj verdi:  "Bu, onu göstərir ki..."

img

11-11-2017 [17:59]


"Bu, onu göstərir ki, Rusiya ilə ABŞ arasında münasibətlər böhran vəziyyətindən çıxmayıb”.

"RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Vyetnamda Asiya- Sakit okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində nəzərdə tutulan görüşünün təxirə salınmasını şərh edərəkən deyib.

"Biz bu səhifəni çevirib, gələcəyə baxmağa, ABŞ və Rusiya xalqlarının maraqları naminə problemləri həll etməyə, konkret ciddi iqtisadi əlaqələri davam etdirməyə hazırıq”, – deyə V.Putin vurğulayıb.

Qeyd edək ki, APEC-in sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilib. Kremlin mətbuat xidməti toplantı çərçivəsində D.Trampla V.Putin arasında görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yaymışdı. 

Ancaq tədbirin başlamasına bir gün qalmış Ağ ev prezidentlər arasında ayrıca görüşün olmayacağını açıqladı. Sammitdə Donald Trampla Vladimir Putin yalnız salamlaşıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA