Stanislav Çerçesov: ""Qarabağ" "Sürix"lə görüşdə uğur qazanmağa layiq idi"

img

28-07-2022 [15:55]


"Azərbaycan təmsilçisi "Sürix"lə görüşdə uğur qazanmağa layiq idi".

Bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Qarabağ" haqqında "Sport-Ekspress"ə müsahibəsində deyib.

59 yaşlı rusiyalı mütəxəssis Bakıya uzun səfərlə bağlı danışmağın mənasız olduğunu bildirib: "Sürix" "Qarabağ"la dueldən məğlub ayrılıb. Azərbaycanlılar bu uğura layiq idi. Ona görə bu barədə danışmaq mənasızdır. Biz bazar ertəsi səhər tezdən rəqib haqqında düşünməyə başlayacağıq. Bakıya çərşənbə axşamı səyahət edəcəyik. Bazar günü isə Macarıstan çempionatına start verəcəyik. Bu turnirdə maksimal hədəflərimiz var"/Report.

Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA