31-10-2017 [15:00]
Milli Məclisin bu gün keçirilən plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bəzi ölkələrdə vətəndaşların nümayəndəsi yalnız vəkili ola bilər.
Komitə sədri bildirib ki, Azərbaycanda vəkillərin sayının az olması bu keçidin yaxın zamanda həyata keçirilməsinə mane ola bilər: "Buna baxmayaraq keyfiyyətli hüquqi yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir. Amma bu dəyişiklik hazırda nümayəndə qismində məhkəmədə iştirak edənlərə şamil edilməyəcək. Bu qanun qüvvəyə mindikdən sonra olacaq məhkəmə işlərinə şamil ediləcək”.
Deputat Fazil Mustafa bildirib ki, bunun müsbət nəticələrinin olacağını düşünmür və layihəyə səs verməyəcək:
"Regionlarda olan 5 milyon əhali üçün cəmi 236 vəkil nəzərdə tutulur. Dəyişiklik o zaman ola bilər ki, adi nümayəndənin fəaliyyəti məhdudlaşdırılsın. Hüquq təhsilli şəxslərin nümayəndə kimi çıxması məhdudlaşdırılmalı deyil. Həmçinin Vəkillər Kollegiyasının qapısı açıq olmalı, üzvlərin sayı artırılmalıdır. Bu, vətəndaşlar üçün çox çətin ola bilər. Hakimlər rahat qərar çıxarsın deyə belə olmalı deyil axı. Bu məsələ geniş müzakirə olunmalıdır”.
Deputat qanun layihəsinin qəbul edilməsinin təxirə salınmasını təklif edib.
Milli Məclisin üzvü Elşən Musayev deyib ki, bu dəyişikliyin hüquq təhsili olan şəxslərə aid olunmasının əleyhinədir. O qeyd edib ki, Azərbaycanda vəkillərin sayı azdır: "Vəkillər Kollegiyasının üzvlərinin sayı artırılmalıdır”.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu, çox aktual bir məsələdir:
"Biz bunu müzakirə edib qəbul etməliyik. Hər hansı bir çatışmazlıq olarsa, növbəti mərhələdə baxıla bilər. Amma bu layihəni "qəbul olunmamalıdır” deyib saxlamaq olmaz. Biz çalışmalıyıq ki, qanun layihəsi qəbul olunduqdan sonra vəkillik institutu ilə ciddi şəkildə məşğul olaq. Hüquq firmaları açılmalıdır”.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur: "Ali məktəbin yeni bitirmiş tələbələrə üstünlük verilməlidir, nəinki həmin şəxslərə. Çünki onlar hakimlərlə danışıqlara gedirlər və öz maraqları naminə çalışırlar”.
Məsələyə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov da münasibət bildirib. Onun sözlərinə görə, nə qədər ki, nümayəndəlik institutu var, vəkillik institutu inkişaf etməyəcək: "Çünki nümayəndə olan yerdə vəkilə ehtiyac olmur”.
MM sədrinin müavini deputatları qanun layihəsinə səs verməyə çağırıb: "Hamımız qanun layihəsinin lehinə səs verməliyik. Başqa maraqlardan çıxış edənlər əleyhinə də səs verə bilər. Düşünürəm ki, məsələni siyasiləşdirmək düzgün deyil”.
Xatırladaq ki, parlamentin bugünkü iclasında deputat Zahid Oruc da sözügedən qanun layihəsinin əleyhinə səs verəcəyini deyib/Report.
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub