29-10-2017 [23:35]
Rəsul Rəxşanlı,
kimya üzrə fəlsəfə doktoru
****
BMT-nin Baş Katibi Cənab Antonio Quterresə,
Dünyanın dövlət, hökümət və parlament başçılarına
Acıq məktub
Silahlanma, silah istehsalı, daha güclü məhvedici və dağıdıcı qüvvəyə malik yeni silah növlərinin yaradılması yüksələn xətt üzrə davam etməkdədir. Hər növ silah istehsalı və yeni növ silahlar yaradılması haqqında daim düşünülür və bunlara ağlasığmaz dərəcədə nəhəng məbləğdə vəsait xərclənir. Belə tendensiya ilə ümumilikdə dünya ölkələrinin hərbi xərcləri yaxın onilliklər ərzində daha nəhəng rəqəmlərlə ifadə ediləcəkdir. Həmin silahlarla küllü sayda insan, o cümlədən uşaq, qadın, qarı və qoca öldürülər. İnsanların yaşamaq üçün yüzilliklər ərzində qurub yaratdıqları şəhərlər, kəndlər və onların infrastrukturları məhv edilər. Gələcəyin silahları ilə silahlanmanın qarşısı alınmayacağı təqdirdə dünya əhalisini daha acınacaqlı təhlükələr gözləyər.
Son 3 ilin hərbi xərclərinə baxaq.
SİPRİ-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) hazırladığı məruzəyə görə 2015-ci ildə dünya ölkələrinin hərbi xərcləri ötən ilə nəzərən 1% artaraq 1,7 trilyon ABŞ dollarına bərabər olmuşdur. Bu rəqəmin nə dərəcədə nəhəng olduğu və onunla dünya əhalisinin necə ciddi problemlərini həll etməyin mümkünlüyü təbii ki, aydındır.
Dünyanın müxtəlif guşələrində müəyyən qüvvələr tərəfindən gərginlik artırıldığından silahlanmaya ehtiyac böyüyür. Silahlanma böyük həcmdə davam edir. Bəziləri silah gücünə öldürmək, dağıtmaq, işğal etmək məqsədilə. Digərləri isə özlərini, doğmalarını, vətənlərini qorumaq arzusu ilə. Bu da bir tərəfdən silahlanmanın, digər tərəfdənsə müdafiə xərclərinin çoxaldılmasına gətirib çıxarır. Qorxuya düşən ölkələr yeni nəsil silahlar almaq məcburiyyətində qalır. Belə silahlar isə həm daha bahalıdır, həm də daha güclü öldürücü və dağıdıcı qüvvəyə malikdir. SİPRİ-nin məlumatına görə 2016-cı ildə daha çox hərbi xərclərə malik ilk 15 ölkənin xərcləri $1 trilyon 686 milyard təşkil etmişdir. ”Deloitte” konsaltinq şirkətinin proqnozlarına görə dünyada müdafiə xərclərinin məbləği 2017-ci ildə əvvəlki ilə nisbətən daha 3,2% artacaqdır. Bu da ağlasığmaz məbləğ deməkdir. Həmin pulları bəşəriyyətin nə qədər probleminin həllinə yönəltmək olardı.
Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması istiqamətindəki Minsk qrupunun fəaliyyətsizliyi göz qabağındadır, lakin vergiödəyicilərin pullarından iri məbləğdə maaş alırlar. Həmin ölkələr bu işğal faktından faydalanmaq məqsədilə istifadə etmək fikrindən də yan keçməyir, o cümlədən bahalı silahlarını satır. Belə əməllərinə "bərabər təhlükəsizlik prinsipi” adı verirlər. İşğalçı Ermənistanı cəzalandırmaq iqtidarında olan ölkələr heç də cəzalandırmağa cəhd etməyir və yalnız hərdən hər hansı bəyanat verməklə kifayətlənirlər. Ədalətsizliyə göz yumulur, deməli, ədalətsizlik onların mənafeyinə uyğundur.
”Bloomberq” agentliyinin apardığı qiymətləndirməyə görə Azərbaycan son 10 ildə silah alışına $22,7 milyard xərcləmişdir. Azərbaycan öz büdcəsindən bu qədər məbləği ayırmaq məcburiyyətində qalmışdır. Gənc dövlət olaraq Azərbaycanın həmin məbləği quruculuğa və əhalinin sosial durumunun yaxşılaşdırılmasına sərf etməsi daha münasib olardı. İşğalçının cəzalandırılmamasının səbəblərindən biri şübhəsiz ki, torpaqlarının 20 faizi işğal olunaraq zərərçəkmiş ölkə olan Azərbaycana qorunmaq üçün silah satışından faydalanmaqdır. Eyni zamanda "bərabər təhlükəsizlik prinsipi” adı altında işğalçı ölkə olan Ermənistana ən dəhşətli silahlar satılır. Beləliklə, işğalçının cəzalandırılması əvəzinə silah istehsalçıları gəlir əldə edir.
Nəhəng silah arsenalına, orduya malik qurumlar, ölkələr cəzalandırılmayacaqlarına əmin olduqlarından ədalətlilik prinsiplərinə məhəl qoymayaraq maraqlarını hər şeydən üstün tuturlar. Planetimizin müxtəlif guşələrində silahlı qurumlar (ASALA, Daşnaksutyun, Taliban, İŞİD, PKK, PYK və s.), tanınmamış (Dağlıq Qarabağ, Cənubi Sudan, Pridnestrovye, Abxaziya və s.) və hətta, tanınmış (Ermənistan) respublikalar yaradırlar. Onların vasitəsilə öz istəklərini həyata keçirirlər.
Məlumdur ki, hərbi sənaye kompleksləri məhvedici və dağıdıcı silahları gəlir əldə etmək məqsədilə istehsal edirlər. Deməli, silah satışında onlar maraqlıdır. Silah satışında maraqlı olanlar da hərbi münaqişələr yaranmasında maraqlıdır. Silah istehsalı və satışının azaldılacağı, daha sonra ona son qoyulacağı və ya münümun həddə saxlanacağı təqdirdə hərbidən törədilən fəlafəklər yox olacaq və ya son dərəcə azalacaqdır.
Eyni zamanda planetimizdə milyonlarla insanın ən adi içməli suya, qidaya, tibbi yardıma və təhsilə belə ehtiyacı vardır. Onları ödəmək haqqında isə düşünülməyir, praktiki addımlar atılmayır. Son dövrlərdə aşkar edilən qorxunc xəstəliklərdən etibarlı surətdə qorunma vasitələrinə ehtiyac yaranır. Bu problemlərə isə heç də ciddi diqqət yetirilməyir. Bəzən də bunların həlli üçün nəhəng məbləğlərin lazım olduğu sadəcə söylənilir. Alternativ variant isə mövcuddur. Qarşıdakı yaxın 50 il ərzində hərbi xərclər hər il 1 faiz olmaqla yarıyadək azaldıla bilər. Azad olacaq məbləğ ilk növbədə yuxarıda sadalanmış ən adi insani problemlərin həllinə yönəldilər. Su və ərzaq qıtlığı aradan qaldırılar. Ərzaq ustehsalı, tibb, təhsil, elm sahələrinin inkişafına sərf olunar. Milli, irqi və digər mənsubiyyətlərindən asılı olmayaraq bütün aztəminatlı ailələrin uşaqlarının məktəblərdə, xüsusi istedada malik olanlarınsa yüksək imicli universitetlərdə təhsil almaları təmin edilər. Yeni silahların yaradılması və mövcud olanlarının təkmilləşdirilməsi sahəsində çalışan alim və mütəxəssislərsə insanin rifahını yaxşılaşdıran sahələrin inkişafına töhfə verərlər. Qərinələr, əsrlər ərzində müstəmləkə altında saxlanılmış ölkələrin iqtisadiyyatının inkişafına nə vaxtsa müstəmləkəçi olmuş müvafiq ölkələr vəsait ayırarlar.
Gəlin, bəşəriyyətin bu problemləri qarşısında əl-ələ verərək birləşək. Dağıdıcılığa sərf edilən vəsait və intellekti quruculuğa yönəldək. Göstərək ki, biz dünənki dar düşüncəli insanlar deyilik, bu gün daha kamilik. İnsanlara bədbəxtlik gətirən silahlardan imtina etməyin vacibliyini dərk edirik. İnsanların qazandıqlarını onların problemlərinin həllinə yönəltməyin düzgünlüyünü anlayırıq və bunun həllinə qadirik.
Bu doğru yoldur, insana layiq yoldur. Bir halda ki, biz bunu anlamışıq zaman itirmədən birlikdə hərəkətə keçək. İmkan verməyək ki, əhalinin zəhmətlə qazandığından ödədiyi vergilərdən nəhəng məbləğlər gələcəyimizi məhv edəcək silahlara xərclənsin. Həmin xərclərlə bizim gələcəyimizə, övladlarımızın gələcəyinə son qoyulması ehtimalı artsın. Dünya ictimaiyyətindən gizlədilən həqiqət hamiya açıqlansın. Gələcəyimizə sonsuz sədaqətimizi başımız üzərində ucaya qaldıraraq qarşıdakı illərdə hərbi xərclərin artırılmasına vergiödəyici əhalinin qazanmış olduğu pulları onların gələcəyini dağıda biləcək silahlanmaya xərclənməsinin qarşısını alaq. Bu işdə tərəqqipərvər bəşəriyyət bizimlə birlikdə olacaqdır.
Beləliklə, biz 2 problemi həll etmiş olarıq – insan beşiyi sayılan Yerdə insanlara yaxın keçmişə nisbətən humanist yanaşmaya başlamış olarıq. Silahlanmaya, hər növ silah istehsalı və yeni təyinatlı silahlar yaradılmasına xərclər, ümumiyyətlə, istisnasız olaraq bütün ölkələrin hərbi xərcləri yaxın 50 il ərzində 50 faiz azaldıla bilər. Həmin xərclər azaldılmanın başlanacağı ildəki məbləğin 1 faizini təşkil edər. 2019-cu il büdcəsindəki hərbi xərclər dondurularaq 2018-ci il səviyyəsində saxlanılar. 2020-ci ildən başlayaraq hərbi xərclər hər il 2019-cu ildəki məbləğin 1 faizi miqdarında azaldılar. Azad olacaq nəhəng məbləğ ilk növbədə yuxarıda sadalanmış məqsədlərə sərf edilər. Dünya əhalisinin artım tempindən və məhdud imkanlara malik planetimizin onların təminatını ödəyə bilməyəcəyindən rahatsızlanan bəzi qüvvələr hərbi-sənaye kompleksləri ilə birgə yerli və regional müharibələrlə əhalinin sayını azaltmağa çalışsalar da məqsədlərinə tam nail olmağı bacarmırlar. Bu təbii prosesin qarşısını almaq mümkün deyil. Artmaqda olan insan nəslinin gələcəkdə yaşaya bilməsi üçün yayarlı olacaq digər planetlərin tapılmasına da həmin məbləğdən sərf edilməsi nəzərdə tutula bilinər.
Gələcək nəsillər ötəcək 50 il ərzində silahların azaldılması ilə insan faciəsinin nə dərəcədə kiçildiyindən, habelə, silahlara sərf ediləsi xammal və materialların, alim və mütəxəssis zəkasının, mühəndis və işçi əməyinin necə təxirəsalınmaz problemlərin həllinə yönəldiyindən məmnun olacaq və əminlik tapacaqlar. Onlar hərbi xərclərin ikinci 50 faizinin də aradan qaldırılmasına və ya minimum həddə saxlanılmasına mütləq nail olacaqlar. Çünki bu yol dünya əhalisinin əmin-amanlıq içərisində yaşaya və gələcəyə ümidlə baxa bilməsi üçün vacibdir.
Biz gələcək nəsillərimiz qarşısındakı məsuliyyətimizi real surətdə anlayaraq və haqqında mənəviyyatlı düşünərək, gəlin, səmimiyyətlə əl-ələ verək və var qüvvəmizlə, tam ciddiyyətlə qarşımızda duran bu problemlərin həlli ilə məşğul olaq. Elə bu gün başlayaq, sabah gec ola bilər.
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub