Gökçək vəzifəsindən getdi: "Əmr dəmiri kəsər, bunu Ərdoğan tələb etdi"- Bursa bələddiyəsinin sədri nə vaxt gedəcək?

img

28-10-2017 [16:20]


Bu gün Türkiyənin Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek istefa verib.

Mia.az xəbər verir ki, o, bunu Ankara Böyük Şəhər Bələdiyyəsinin məclisində elan edib.

Gökçek Ərdoğanın tələbi ilə istefa verdiyini açıqlayıb və maraqlı mesajlar verib: 

"Prezidentim Rəcəb Tayyib Ərdoğanın Türkiyəni lider dövlət edəcəyinə  inandığım, onun əmrinə tabe olduğum üçün istefa verirəm. Yorğun olduğum üçün deyil, bacarıqsız olduğum üçün deyil, sadəcə "əmr dəmiri kəsər" olduğu üçün vəzifəmdən gedirəm. Mənim bələdiyyə rəhbərliyindən ayrılmamı Türkiyə lideri Rəcəb Tayiib Ərdoğan tələb etdi, biz də bu tələbi qırmayaraq qəbul etdik. Liderimin qərarıan boyun əyərək, istefaya getdim. Bizim davamızda nəfisə yer yoxdur. Bu tələbi qəbul etməyimizin niyəsini bütün detallarını isə televizyadakı çıxışımızdan öyrənəcəksiz". 

Qeyd edək ki, Ərdoğan İstanbul, Ankara və Bürsa bəədiyyə sədrlərindən istefa vermələrini istmişdi. İstanbul bələdiyyəsinin sədri Qədir Topbaş dərhal buna əməl edib, Melih Gökçək isə xeyli tərəddüddən sonra bu gün qərarını verdi. Bursa bələdiyyəsinin sədri isə hələ vəzifəsinin başındadır. Onun birinci günü istefa verəcəyi gözənilir.

Mia.az 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA