Brüssel məhkəməsi Puçdemonun ekstradisiyasına baxacaq - Dinləmələr qapalı keçiriləcək

img

06-11-2017 [17:55]


Brüssel məhkəməsi noyabrın 17-də Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemonun İspaniyaya ekstradisiyası məsələsinə baxa bilər.
 
APA-nın "Novosti 24”ə istinadən verdiyi xəbərə görə, məhkəmədən bildirilib ki, ekstradisiya məsələsinin məhz həmin gün müzakirə ediləcəyi hələ dəqiq deyil və bu, məhkəmə dinləmələrindən sonra məlum olacaq.
 
Dinləmələr qapalı keçiriləcək. K. Puçdemonun ekstradisiyası ilə bağlı qərar həmin gün qəbul edilə və ya tərəflərin istəyi ilə təxirə salına bilər.
 
Qeyd edək ki, noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA