Ermənistan Medvedevi belə qarşıladı - Qırmızı xalı tapılmadı, köməyə xəstəxana çatdı (VİDEO)

img

26-10-2017 [12:38]


Xəbər verdiyimiz kimi, Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanda rəsmi səfərdədir.

Dmitri Medvedev dünən hava limanından bir başa Ermənistan baş naziri Karen Karapetyanın iqamətgahına gəlib.

Erməni mətbuatının yaydığı məlumata görə, iqamətgahda Rusiya baş nazirinin ayağının altına sərməyə "qırmızı xalı” tapa bilməyiblər.

Bunun üçün İrəvanda xəstəxanaların birində "qırmızı xalı”nı götürüb Medvedevin gələcəyi yerə səriblər.

Erməni xanım tibb işçiləri bu xalını elə özləri Medvedevin gələcəyi yerə gətirib, əlində "şlabra” olan bir xadimə isə bu xalının üzünü təmizləyib(Unikal.org).




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA