Qurban Qurbanov: "Bizi çox çətin oyun gözləyir"
05-07-2022 [09:27]
"Bizi çox çətin oyun gözləyir. Rəqibi daha yaxından tanımaq, hiss etmək baxımından futbolçuların üzərinə xeyli iş düşəcək. İlk dəqiqələrdən çox diqqətli olmalıdırlar. Rəqibin yaxşı azarkeş dəstəyi, gözəl stadionu var. Baxımlı oyun göstərmək istəyirik. İnanıram ki, oyunçularım bunun üçün meydanda hər şeyi edəcək".
Mia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada "Lex"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis istəkli komandaya qarşı oynayacaqlarını bildirib: ""Lex" uzun müddət idi çempion olmurdu və 100 illik yubileyində bunu bacardı. Keyfiyyətli futbolçuları və maraqlı oyun üslubu var. Sadəcə, yeni baş məşqçi gəlib. Con van den Bromun işi ilə də maraqlandıq. Böyük ehtimalla, o da komandanın hazırkı oyun fəlsəfəsindən əl çəkməyəcək".
O, sabahkı matça hazırlaşmaq üçün vaxtlarının az olduğunu bildirib: "Buna baxmayaraq, komandada durum normaldır. Problemlərin az olmasına çalışdıq. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az vaxt problemi oldu. Buna görə narahat deyil. Elə dönəmdir ki, tam hazır ola bilmərik. Təcrübəmizə güvənirik".
Qurbanov "Lex"in fərqli futbol sərgilədiyini qeyd edib: "Bundan əvvəl "Legiya"ya qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. Hazırkı rəqibimiz meydanda fərqli hücumlardan istifadə edir, topla davranmağı sevir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Bəlkə də ilk matçda risklərimiz az olacaq".
Təcrübəli baş məşqçi şansların bərabər olduğunu vurğulayıb: "Heç vaxt favorit olduğumuzu deməmişəm. Hər zaman komandanın ilboyu sərgilədiyi oyuna və qazandığı nəticələrə önəm vermişəm. "Lex" ötən mövsüm avrokuboklar səviyyəsində matçlar keçirib. Çünki Polşa çempionatı digərlərindən fərqlənir. Bu matçda favorit yoxdur. Sadəcə, futbolçularımı sonadək mübarizə aparmağa kökləmişəm. Çaqlışacağıq ki, nəticə sonda bizim xeyrimizə olsun. Hər bir halda rəqibə hörmətlə yanaşıram. Onların iş prinsipləri, oyunçuları ilə maraqlanmışam. Ona görə də kimisə zəif saymaq istəmirəm. Sabah iki yaxşı komanda mübarizə aparacaq. Nəticəni sonda görəcəyik".
Qurbanov 2020-ci ildə Polşada "Legiya"ya 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununu da xatırlayıb: "Həmin matça komandanı motivasiya etmək elə də asan deyildi. İstənilən səhv fikir mənfi təsir edə bilərdi. Amma futbolçular qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilər. Vətən müharibəsindəki zəfərdən sonra oyunçuları motivasiya etmək daha asandır. Tarixi günləri tez-tez yada salırıq. Qarabağla bağlı problemlərimiz çox idi. Şükürlər olsun, halalca torpaqlarımız bu gün özümüzdədir. Bu gün isə komandanı oyuna başqa cür kökləmişik".
Mütəxəssis "Lex"in heyətində heç kimi fərqləndirmək istəmədiyini bildirib: "Adlarını bir-bir açıqlasam, düzgün çıxmaz. Hər biri ustalıq səviyyəsi və qol vurmaq qabiliyyəti yüksək olan futbolçudur. Onların sayı çoxdur. Kimlərdən danışacağımı bilmirəm. Hər mövqedə lider oyunçuları var. Hamısına qarşı diqqətli olmalıyıq. "Lex"ə böyük dəyər verirəm".
Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."