Ərdoğan Putindən xahiş etdi - Krım tatarlarının liderləri həbsdən buraxıldı

img

25-10-2017 [21:56]


Krım Tatar Xalq Məclisinin sədr müavinləri Ahtem Çiygöz və İlmi Ümerov azadlığa buraxılıb. 

Bu barədə Krım Tatarları Qurultayının üzvlərindən Zair Smedla məlumat verib. 

Onun sözlərinə görə, hər iki şəxs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə müraciəti əsasında sərbəst qalıblar: "Ahtem Çiygöz və İlmi Ümerov Rusiyanın Anapa şəhərindən Türkiyə paytaxtı Ankaraya yola salınıb". 

Xəbəri Krım Tatar Xalq Məclisinin sədr müavinlərini məhkəmədə müdafiə edən vəkilləri Nikolay Polazov da təsdiqləyib. 

Ukrayna prezidenti Petro Poroşenko isə "Facebook" səhifəsi üzərindən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. 

Ukraynanın informasiya siyasəti nazirinin müavini Emine Caparova hər iki şəxsin tezliklə Kiyevdə olacaqlarını açıqlayıb. 

Qeyd edək ki, Ahtem Çiygöz 2015-ci ilin yanvarında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən xalqı üsyana çağırmaq ittihamı ilə Krımda həbs olunub və 8 il azadlıqdan məhrum edilib. İlmi Ümerov isə qısa müddət sonra eyni ittihamla 2 il həbs cəzasına məhkum olunub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA