Bərzani geri çəkildi - Noyabrın 1-nə təyin edilən seçki təxirə salındı

img

23-10-2017 [12:44]


Iraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-nə təyin edilən seçkini təxirə salıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə vilayət rəhbərliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, noyabr ayının 1-nə keçirilməsi planlanan prezident və parlament seçkiləri qeyri-müəyyən müddətə ertələnib: "Buna səbəb partiyalarınn prezidentliyə və deputatlığa namizəd irəli sürməmələridir".

Xatırladaq ki,  bu ilin sentyabr ayının 25-də Kürd Muxtariyyəti müstəqillik referendumu keçirib.

Bundan sonra İraq mərkəzi hökuməti ilə vilayət rəhbərliyi arasında münasibətlər kəskinləşib. Oktyabrın 8-də isə İraq ordusu hərəkətə keçərək Kərkük daxil olmaqla, Bərzaninin zəbt etdiyi bir çox əraziləri geri qaytarıb. Hazırda tərəflər arasında qarşıdurma davam edir.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA