Marneuliyə niyə xüsusi təyinatlı polis dəstəsi yerləşdirilib - Müxalif liderdən açıqlama

img

21-10-2017 [18:20]


Gürcüstanın müxalif "Avropalı Gürcüstan” Partiyasının liderlərindən olan David Bakradze azərbaycanlıların sıx yaşadığı Marneuliyə xüsusi təyinatlı polis dəstəsinin yerləşdirilməsini şərh edib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, siyasətçi keçirdiyi brifinqdə deyib ki, hakimiyyət Marneulidə gərginlik yaratmaq və xalqın seçimini əlindən almaq istəyir: "İlkin nəticələrə görə, bizim Marneuli icra başçısına namizədimiz Əhməd İmamquliyev qələbə qazanır. Marneulidə yerli əhalinin dəstəklədiyi namizəd qalib gəlməlidir”.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR