09-10-2017 [13:06]
Yeni Yaradılmış Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” genişləndirilib.
"Açıq Hökumət Tərəfdaşlığı” təşəbbüsü 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı "Açıq Hökumət Bəyannaməsi”i ilə nəticələnmiş və təşəbbüsə qoşulam ölkələrdə bu bəyannamə əsasən milli səviyyədə tətbiq olunmağa başlayıb.
Azərbaycan "Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə həmin il qoşulub və bu təşəbbüsə qoşulmaqda əsas məqsəd şəffaflığın artırılması, "Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır. Azərbaycan bu təşəbbüsə qoşularaq "2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nı hazırlamış və bu fəaliyyət planı çərçivəsində dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi kimi prinsipləri bəyan etmişdir. Bu planın uğurla icra olunmasından sonar Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə növbəti, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” 27 Aprel 2016-cı ildə təsdiqlənmişdir. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir ki, bu tədbirlərin 25-də bələdiyyələr və yerli icra orqanlarının əsas içraçı və ya iştirakçı kimi nəzərdə tutulur. Həmçinin bu planın təsdiqi ilə əlaqadar Prezident sərəncamının 5-ci bəndində tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunmağı tövsiyə olunub. Fəaliyyət Planınına uyğun olaraq 2016-cı ildə "Açıq Hökumətin Təşviqi” üzrə Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması qurulmuş və müvəffəqiyyətlə fəaliyyətə başlamışdır.
20 ildən çoxdur ki, icmalarla əməkdaşlıq edən, Azərbaycanda 300-dən çox icmanın səfərbərliyinə və institusonal inkişafına dəstək vermiş, "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi bu imkanları qiymətləndirərək "Yerli səviyyədə Açıq Hökumət Tərədaşlığına başlamaq” təşəbbüsü ilə Avroasiya Əməkdaşlıq Fonduna müraciət etmişdir. Bu müraciət fond tərəfindən qiymətləndirilmiş, Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyələşdirilən "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını çərçivəsində maliyyələşdirilməsi qərara alınmışdır. Layihənin əsas məqsədi yerli açıq hökumət aktyorları arasında əlaqələri(münasibətləri) möhkəmləndirmək və "Açıq hökumətin təşviqi” üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş fəaliyyətlərin icrasına töfhə verməkdir. Layihənin fəaliyyət planına uyğun olaraq 19 May 2017-ci ildə Azərbaycanın ən böyük kənd rayonlarından olan Sabirabad rayonunda Yerli səviyyədə "Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü adlı seminar keçirilmişdir. Seminarda "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev, Platformanın üzvü, "Ümid” SİD İB-nin icraçı direktoru İsrayıl İsgəndərov, "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli, Sabirabad, Saatlı, İmişli RİH-nin məsul şəxsləri, yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri, 13 icmadan İcra Nümayəndələri, Bələdiyyə və İcma İnkişaf Şuralarının üzvləri iştirak etmişlər.
Bu seminarda "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın Reqlamentini və Anlaşma Memorandumunu təqdim etmişdir. Qeyd edilən sənədlər səsə qoyularaq qəbul edilmişdir. Beləliklə, 4 yerli QHT, 6 dövlət qurumu, 5 yerli Bələdiyyə və 8 İcma İnkişaf Şurasının iştirakı ilə Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” formalaşdırılmışdır. Hazırda Platforma qərar qəbul etmə prosesində vətəndaşların fəal iştirakının təmin olunmasına, yerli hökumət orqanlarının və bələdiyyələrin hesabatlılıq və şəffaflıq səviyyəsinin artırılmasına, yerli icmaların elektron xidmətlərə çıxış imkanlarının artırılmasına dəstək məqsədilə fəaliyyət planı üzərində işləyir. Yeni yarandığına baxmayaraq Yerli Səviyyəli Platformaya üzv olmaq istəyən QHT və İƏT-lərin sayı günü gündən çoxalır. Belə ki, regionda (Mingəçevir, Saatlı, Ağdam, Sabirabad, Şirvan və s.) fəaliyyət göstərən 17 QHT, Zərdab, İmişli və Beyləqan rayonlarının bir neçə icması yeni yaranmış Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”na qoşulmaq üçün Platformanın koordinatoruna müraciət etmişlər.
Həmin müraciətlərə münasibət bildirmək və Yerli Səviyyəli Platformanın genişləndirilməsi məqsədi ilə 23 sentyabr 2017-ci ildə Sabirabad rayonunda regional konfrans keçirilmişddir. Konfransda çıxış edən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev "Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”, bi istiqamətdə görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı, barədə ətraflı məlumat vermiş, Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılmasının və onun tərkibinin daha da genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Tədbir "Yerli səviyyədə "Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü” layihəsinin nəticələri barədə məlumatların verilməsi və layihə çərçivəsində "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın icrasının tədqiqi məqsədilə 25 hədəf icmada aparılmış sorğuların nəticələrinin təqdimatı ilə davam etmiş, mövzuyla bağlı iştirakçıların təklifləri dinlənilmiş, sualları cavablandırılmışdır.
Konfransda həmçinin, Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”na üzv olmaq istəyən 17 QHT və 8 icma inkişaf şurasının müraciətləri səsə qoyularaq qəbul edilmişdir. Beləliklə, 19 may 2017-ci il tarixində yaradılmış Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” yeni üzvlərin qoşulması ilə 21 QHT, 16 İcma İnkişaf Şurası, 7 Bələdiyyə, 2 MMC və 6 Dövlət qurumunu əhatə etmişdir. Ümid edirik ki, regionda yaradılmış Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” tezliklə məqsədyönlü fəaliyyəti ilə vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verəcəkdir.
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub