09-10-2017 [10:07]
Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun rəsmi Bakının Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandı suçlaması ilə bağlı münasibəti yayılıb.
Bu barədə REAL hərəkatının təmsilçiləri məlumat veriblər.
İlqar Məmmədov məktubda vurğulayıb ki, Azərbaycan hakimiyyəti Avropa Şurası (AŞ) ilə münasibətlərinin pisləşməsində cənab Tyorbörn Yaqlandı günahlandırır: "Hakimiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanın Avropa Şurasından çıxarılma sanksiyası ilə bağlı qərarı baş katib Tyorbörn Yaqland deyil, bu qurumun üzvü olan 46 ölkənin təmsilçiləri verib”.
İlqar Məmmədov yazıb ki, son 16 il ərzində Azərbaycan hakimiyyəti bu ölkələrlə doğru-dürüst münasibət qura bilməyib: "Çünki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın AŞ-dan çıxılacağı ilə bağlı mövzu bu gün gündəmə çevrilib. Azərbaycanın Avropa Şurasından çıxarılması ilə ölkəmizə dəyəcək ziyan ilk növbədə ondan ibarət olacaq ki, bunun ardınca Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına start verilə bilər".
ReAL İdarə Heyətinin üzvü, vəkil Xalid Bağırov da həbsdə olan sədrin məktub yazdığını təsdiqləyib.
Qeyd edək ki, bu günlərdə Avropa Şurasının baş katibi Tyorbörn Yaqland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb.
Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarşısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Bundan sonra Azərbaycan rəsmilərinin dilindən Avropa Şurasının baş katibi Tyorbörn Yaqland haqda tənqidi fikirlər səslənməyə başlayıb.
Bu məsələyə bugünlərdə Avropa Birliyi Şurasının təmsilçilərini qəbul edən prezident İlham Əliyev də münasibət bildirmişdi: "Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər”.
İlham Əliyev deyib ki, Azərbaycan Avropa Şurasından çıxsa, heç kəs buna əhəmiyyət verməyəcək: "Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq”.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.
Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.
Azadlıq Radiosu
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub