Türkiyə və Rusiya Suriyada birgə əməliyyata başladı: "Yeni bir kürd dəhlizinin yaradılmasına imkan verməyəcəyik"

img

07-10-2017 [13:06]


"Türkiyə Silahlı Qüvvələri Suriyanin İdlib şəhərində deyil, orada Azad Suriya Ordusu (ASO) var. Əməliyyatı da ASO aparır".

Mia.az TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda İdlibdə Türkiyənin dəstək verdiyi ASO tərəfindən aparılan əməliyyat davam edəcək: "Bu, çox ciddi və yeni hərbi əməliyyatdır. Orada ciddi bir hərəkat başlandı. Hələbdən qaçıb, İdlibə sığınanlara əlimizi uzatmalıyıq. Ancaq orada hələlik türk əsgəri yoxdur, bu əməliyyatı ASO aparır. İdlibin təhlükəsizliyini təmin etdikdən sonra digər bölgələrlə bağlı yeni qərarlar qəbul ediləcək. Əməliyyatlar davam edəcək".

Ərdoğan bildirib ki, əməliyyata Rusiya havadan, Türkiyə isə qurudan dəstək verir: "İdlibin içi bizim, çölü Rusiyanındır.  İdlibi daxildən biz qoruyacağıq, xaricdən isə Rusiya. Yenə bəyan edirəm, Türkiyənin sərhədində yeni bir kürd dəhlizinin yaradılmasına imkan verməyəcəyik".

Ərdoğanın əməliyyatın digər bölgələrə doğru genişlənəcəyi və "yeni kürd dəhlizinə imkan verilməyəcək" açıqlaması da o qənaəti yaradır ki, Türkiyənin dəstək verdiyi ASO-nun növbəti hədəfi PKK/PYD qruplaşmasının nəzarətində olan Afrin şəhəri olacaq.

Qeyd edək ki, Afqrinlə sərhədə Türkiyə ağır silahlarla təmin olunmuş ciddi hərbi qüvvə yeridib. Həmin hərbi birliklərin də hər an əməliyyata girəcəyi istisna deyil.

Bəzi ekspertlərin iddiasına görə, bu əməliyyatlarla bağlı rəsmi Ankara Astana görüşündə Rusiya ilə razılaşıb...

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA