Rusiya Türkiyənin bölgədəki əsas rəqibinə 3 milyardlıq silah satır - “Trium S-400” zenit-raket kompleksi və...

img

05-10-2017 [12:02]


Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığa dair 3 milyard dollarlıq müqavilə imzalanacağı gözlənilir. 

"Report” xəbər verir ki, bunu "İnterfax”a hərbi-texniki sahədə işləyən və adının çəkilməsini istəməyən məmur bildirib. 

Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında yüksək səviyyədə danışqlar aparılacaq. Məlumata görə, bir neçə "Trium S-400” zenit-raket kompleksinin tədürükü məsələsi də müzakirə olunacaq.

"Müqvilənin bu gün (oktyabrın 5-də - "Report”) imzalanacağı gözlənilmir. Ancaq Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Səud arasında keçiriləcək görüşdə lazım razılıq əldə edilərsə, o zaman müqavilənin imzalanması üçün danışıqlar başlaya bilər”, -deyə məmur vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud Moskvada səfərdədir. O, ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA