05-10-2017 [09:19]
Oktyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana gedib. Türkiyə prezidentini bu səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, energetika naziri Barat Albayraq, gömrük naziri Bülənt Tüfəngçi, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət naziri Numan Qurtulmuş müşayiət edib.
Prezidentin səfərindən bir neçə gün qabaq Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Tehranda olub və iranlı həmkarı, general-leytenant Məhəmməd Baqiri ilə müzakirələr aparıb. Bu da şəksiz ki, Ərdoğanın səfərinin siyasi sanbalına dəlalət edən olaylardandır.
Diqqətçəkici məqamlardan biri də Ərdoğanın kritik İran səfərinin onun Rusiya lideri Vladimir Putinlə görüşündən cəmi bir həftə sonraya təsadüf eləməsidir. Rusiya mediası Putinin Türkiyəyə səfəri ilə bağlı yazmışdı ki, Kreml başçısı Ankarada Ərdoğanla "saat əqrəblərini tutuşdurub”. Demək, İranla bu mövzunun müzakirəsinin nəticə baxımından daha məhsuldar olması gözləniləndir.
Yayılan məlumatda deyilir ki, Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında Tehranda görüş keçirilib. Prezidentlərin görüşündə ilk olaraq Şimali İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumu müzakirə edilib. Müstəqillik elan ediləcəyi halda Türkiyə, İran və İraqın birgə hərbi əməliyyat keçirə biləcəyi bildirilib.
Prezidentlər həmçinin iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılması barədə fikirlər səsləndiriblər. Ərdoğan və Ruhani bölgədə sülhün təmin olunması üçün İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd ediblər.
Ərdoğanın İran səfəri region ölkələrinin hər birində maraqla izlənilir.
Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a şərhində bildirib ki, Türkiyə prezidentinin İran səfərinin hər iki ölkə və bölgə üçün ciddi təsirləri olacaq. Türkiyə son zamanlar Rusiya ilə münasibətləri ciddi şəkildə qurub. İndi Ankara İranla münasibətləri qaydaya salır. Türkiyə ilə münasibətlərin yaxınlaşması İrana da lazımdır: "Putinin Türkiyə səfərindən az sonra Ərdoğanın İrana səfəri, aparılan müzakirələr üçlü ittifaqın formalaşmasına bənzəyir. Ərdoğanın Tehran səfəri bu ittifaqın formalaşmasına ciddi təsir göstərə bilər. Səfərin ən ciddi nəticəsi də bu ola bilər. Bu üçlü ittifaqın baş tutmasını zəruri edən amillər yetərincədir. Bir sıra cari həll edilməsi təxirəsalınmaz olan məsələlər var, bir də uzunmüddətli əməkdaşlıq məsələləri var. Təxirəsalınmaz məsələlər sırasında ön sırada kürd referendumu ilə bağlı yaranmış vəziyyətdə atılmalı olan addımlar dayanır. Bu məsələnin həll edilməsində Türkiyə və İranın üzərinə böyük vəzifələr düşür. Çünki hər iki ölkə kürd problemi ilə qarşı-qarşıyadır. Əgər onlar hərəkətə gəlməsələr və bu problemin qarşısını birlikdə almasalar, gələcəkdə daha böyük problemlərlə baş-başa qala bilərlər”.

Politoloqun sözlərinə görə, Ərdoğanın səfərinin nəticələrindən biri bu ola bilər ki, Türkiyə ilə İraq birlikdə İraqın müraciəti əsasında Şimali İraq ərazilərinə daxil ola bilər.
Türkiyə ilə İran Kürd Muxtariyyətini iqtisadi rıçaqlarla da sıxmaq məsələsində birgə hərəkət edəcəklər:
"Kürd Muxtariyyətini taqətdən salma taktikası seçilib. Ərdoğanın Tehran səfərindən sonra bu taktika daha geniş miqyası əhatə edəcək.
Bir sözlə, Türkiyə prezidentinin İrana səfəri birinci növbədə Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumdan sonra yaranmış vəziyyətə öz təsirini göstərəcək. Artıq razılıq əldə olunub ki, kürdlər müstəqilliklərini rəsmən elan edəcəkləri halda Türkiyə və İran bölgəyə birlikdə hərbi müdaxilə etsin. Səfər artıq ilk gündə bu cür razılaşma ilə nəticələnib".
Q.Hüseynli vurğuladı ki, artıq Türkiyə ilə İran uzunmüddətli strateji əməkdaşlıq yoluna qədəm qoyurlar. Bu strateji əməkdaşlıq geniş hərbi, iqtisadi sahələri əhatə edəcək. Türkiyə ilə İranın strateji əməkdaşlığı Azərbaycanın da xeyrinədir. Bundan gələcəkdə Azərbaycan da öz maraqlarının təmin olunması üçün faydalana bilər.
Etibar SEYİDAĞA
Musavat.com
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub