Bərzani peşmərgə komandirləri ilə türkmənlərin kompakt yaşadığı şəhərə gəldi - Qapalı görüş + FOTO

img

03-10-2017 [08:44]


İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-də keçirilən referendumdan sonra dünən ilk rəsmi səfərini Türkiyənin xüsusi diqqətində olduğu və mübahisəli bölgə sayılan Kərkükə edib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani Kərkükə peşmərgənin komandiri ilə gəlib:

"Bərzanini Kərkükdə Iraq Kürdistan Yurdsevərlər Birliyinin (İKYB) sədr müavini və eyni zamanda, Bərzaninin köməkçisi olan Kosrət Rəsul və diğər rəsmi şəxslər qarşılayıblar. O, İKYB-nin Kərkük təşkilatını ziyarət edib. Daha sonra isə Kərkükdə təhlükəsizliyi qoruyan peşmərgə komandirləri ilə qapalı görüş keçirib. Qapalı görüşdə nələrin müzakirə olunduğu isə gizli saxlanılır".

Türkiyə mediası isə Bərzanini Kərkükə səfər etməsini, orada peşmərgə ilə bir araya gəlməsini rəsmi Ankaranın maraq  və çağışlarına məhəl qoymaması kimi dəyərləndirir. Bildirilir ki, Kərkükə səfərlə sanki rəsmi Ankaraya meydanoxuma görüntüsü verən Bərzaninin bu hərəkəti münasibətlərin daha da sərtləşməsinə səbəb olacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA