Şimali Koreya ABŞ-ı “alov dənizi”nə çevirməklə yenə hədələdi, Trampı “dəli amerikalı qoca” adlandırdı

img

01-10-2017 [11:54]


Şimali Koreya ABŞ-ı yenə hədələyib.
 
APA-nın məlumatına görə, bu, Şimali Koreyanın Asiya-Sakit okean regionunda sülh üzrə komitəsinin yaydığı bəyanatda əksini tapıb.
 
Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı bəyanatda bildirilir ki, Şimali Koreya hərbi qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir, ABŞ-ın sanksiya siyasəti və strateji bombardmançı təyyarələrini Koreya yarımadasına göndərməsi nüvə faciəsinə yol aça bilər. Şimali Koreya bu siyasətini davam etdirəcəyi halda ABŞ-ı "alov dənizi”nə çevirməklə hədələyib. Rəsmi Pxenyan növbəti dəfə ABŞ prezidenti Donald Trampı tənqid edib və onu "dəli amerikalı qoca” adlandırıb.
 
Qeyd edək ki,  Şimali Koreyanın raket-nüvə proqramını aktiv inkişaf etdirməsi ilə əlaqədar hazırda Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA