Obama Ramazan ayının bazlanması münasibətilə müsəlmanları təbrik edib

img

12-08-2010 [12:41]


ABŞ prezidenti Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını təbrik edib. Obamanın bəyanatında deyilir ki, Ramazan ayının mərasimləri birgə prinsipləri, İslamın ədalətin, tərəqqinin, tolerantlığın və ləyaqətin inkişafındakı rolunu xatırladır. ABŞ Dövlət katibi də Ramazan ayının başlanması ilə bağlı təbrik bəyanatı verib. Ramazan ayı avqustun 11-dən başlayıb, ayın görünməsindən asılı olaraq Ramazan bayramı sentyabrın 9-u və ya 10-na təsadüf edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA