Siyavuz Novruzov: "Dağlıq Qarabağ problemi NATO Parlament Assambleyasının payız sessiyasında müzakirə olunacaq"

img

09-08-2010 [12:08]


Dağlıq Qarabağ problemi NATO Parlament Assambleyasının payız sessiyasında müzakirə olunacaq. Bu barədə YAP-ın rəsmi saytına YAP İcra katibinin müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məlumat verib. S.Novruzov bildirib ki, NATO Parlament Assambleyasının Riqada keçirilən yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinin rəhbərliyi ilə görüşü keçirilib. Görüş zamanı diqqətə çatdırılıb ki, digər nüfuzlu beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsi müzakirə olunur. Bu mənada NATO PA-nın sessiyalarının birində də belə müzakirələrin aparılması məqsədəuyğundur. ?Görüşün nəticəsi olaraq qurumun rəhbərliyi Dağlıq Qarabağ probleminin müzakirəsinin NATO PA-nın payız sessiyasının gündəliyinə daxil edilməsi ilə bağlı tapşırıq verdi. Artıq məsələ ilə əlaqədar məruzəçilər təyin olunub və müvafiq komitədə hazırlıq işləri gedir? deyə S.Novruzov qeyd edib. Onun sözlərinə görə, NATO daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qurumun 50 illiyinə həsr olunmuş kitabda da verilən xəritədə Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi verilib və onun mərkəzi Xankəndi şəhəri adı ilə göstərilib. Nümayəndə heyətinin üzvü Ermənistanın bu məsələyə etiraz etməsinə münasibət bildirərək qeyd edib ki, işğalçı dövlətin bu cəhdləri nəticəsiz qalacaq. Çünki NATO PA-nın rəhbərliyi onların müraciətini qəbul etməyib. ?NATO nüfuzlu hərbi-siyasi təşkilatdır və qurumun Azərbaycanla sıx əməkdaşlığı mövcuddur. Belə bir nüfuzlu qurum Ermənistan tərəfinin müxtəlif bəhanələrlə Dağlıq Qarabağ probleminin müzakirəsinin təxirə salınması cəhdlərinin qarşısını alacaq? deyə S.Novruzov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA