?Azərbaycanda Türkiyə silahlı qüvvələrinə aid hərbi bazanın yaradılması məsələsi gündəmə gətirilməlidir?

img

12-08-2010 [02:40]


?Rusiyanın Ermənistanla saziş bağlmaq niyyəti Azərbaycanın və Türkiyənin əlyehinə yöənlmiş bir məsələdir. Əgər söhbət rus ordusunun daha 49 il Ermənistanda qalmasından və bu ölkənin müdafiəsində iştirakdan gedirsə buna başqa qiymət vermək mümkün deyil?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə bu məqam rəsmi Moskvanın Qarabağ məsələsində Azərbaycanın maraqlarına uyğun addım atmayacağının göstəricisidir: ?Biz bunu birdəfəlik dərk etməliyik?. AİDP sədrinin fikrincə Rusiyanı bu niyyətdən döndərmək üçün Azərbaycan və Türkiyə təcili hərəktə keçməlidirlər: ?Hesab edirm ki, Abdulla Gülün Bakıya səfəri ərəfəsində Azərbaycan-Türkiyə arasında hərbi sazişin bağlanmasına dair mühüm addım atılmalıdır və Azərbaycanda Türkiyə silahlı qüvvələrinə aid hərbi bazanın yaradılması məsələsi gündəmə gətirilməlidir?. ?Bu vəziyyəti bir qədər də gərginləşdirməzmi? sualının cavabında T.Abbaslı deyib ki, vəziyyət onsuz da gərgindir: ?Önləyici tədbirlər görməsək bu gərginlikdən itki ilə çıxa bilərik. Qarabağ danışıqlarında bizi təsir altına salıb istədiklərini diqtə edə bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA