Aşıq Ədalətin sazı da özü ilə dəfn olunacaq? - İlginc vəsiyyət

img

14-09-2017 [23:50]


Atamın sazı deyil, sazının üzü özü ilə dəfn olunacaq.

Bu barədə ustad aşıq Ədalət Nəsibovun oğlu Hekayət Nəsibov Şərq.az-a deyib. O qeyd edib ki, sazın dəfn olunmayacağı dəqiqdir:

"Sağlığında söylərdi ki, qara sazı mənlə dəfn edin, sonra nədənsə bir az düşündü və dedi ki, sazı olmasa da, onun parçadan olan üzünü sinəmin üstünə qoyub ikimizi də birlikdə dəfn edərsiniz".

Qeyd edək ki, görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA