TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR

img

05-03-2026 [13:13]


İranla savaşın kilid açarlarından sayılan dron hücumlarının aktuallaşdığı bir məqamda Türkiyənin "dron sürüsü"nün beynini qarşıdıraraq bir andaca məhv edən yeni silahı ilə bağlı maraqlı açıqlama verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə yeni silahın ietehsalçısı "ASELSAN" tərəfindən hazırlanmış və "Polad Günbəzi"n ən strateji komponentlərindən biri olan "EJDERHA" Yüksək Güclü Elektromaqnit Əks Tədbir Sisteminin  xüsusiyyətləri gündəmolub.

Bu barədə yerli mediaya açıqlama verən "ASELSAN"ın baş direktoru Əhməd Akyol bildirib ki, "EJDERHA" bir neçə saniyə ərzində dron sürüsünü zərərsizləşdirə bilər.

Onun sözlərinə görə, EJDERHA hədəfə birbaşa elektromaqnit dalğaları yayaraq, dronların beyinlərini qarışdıraraq onları zərərsizləşdirir: 

 "Sistemin ən böyük üstünlüyü ondan ibarətdir ki, elektromaqnit dalğaları işıq sürəti ilə hərəkət etdiyi üçün hədəfdəki dronların ondan qaçmaq imkanı da yoxdur."

Baş direktor "Bu yeni sistemin radar məsafəsi nə qədərdir", - sualına isə cavab verməyib: "Qoy, bu, bizdə gizli qalsın!".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA