Kiprə dron hücumunu İran etməyib - Britaniya MN sensasiyalı xəbəri təkzib edir

img

05-03-2026 [09:18]


Böyük Britaniya Müdafiə Nazirliyi martın 2-də Kiprdəki "RAF Akrotiri" hərbi bazasını hədəf alan iki kamikadze dronun  İran tərəfindən buraxılmadığını bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu açıqlama İran-ABŞ/İsrail münaqişəsi fonunda hücumun arxasında kimin dayandığı ilə bağlı ortaya suallar çıxarıb.

Böyük Britaniya Müdafiə Nazirliyindn bildiriilib ki, bazaya yönləndirilən PUA-lar İran istehsallı olsa da, olar tərəfindən yönləndirilməyib: "Biz bunu təsdiq edirik. Həmn PUA-lar İrandan qalxmayıb. Biz şübhəli dronlarla bağlı araşdırmamızı davam etdiririk".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA