Bayram Kürdəxanılı dəfn olundu - Meyxanaçılar dəfndə (VİDEO)

img

23-08-2017 [15:03]


Dünyasını dəyişən meyxanaçı Bayram Kürdəxanılı son mənzilə yola salınıb.

Mia.az axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı yaşadığı Kürdəxanı kəndinin qəbiristanlığında dəfn olunub. 
Onunla vidalaşmağa gələnlər arasında meyxanaçı dostları yer alıblar.

Qeyd edək ki, meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Ramin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avromobil onu vurub. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xatırladaq ki, meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan sənətçi 1961-ci ildə anadan olub. O heç vaxt ailə qurmayıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA