21-08-2017 [20:27]
Xəbər verdiyimiz kimi, pauerliftinq (Ağırlıq qaldırma) üzrə Dünya və Avropa çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı "Qalareya” kafesindən çıxarkən azərbaycanlı qaydasız döyüş üzrə (MMA döyüşçüsü) idmançı Anar Allahverənovla döyüşə çıxıb və Allahverənov bir neçə zərbəylə onu öldürüb.
Hadisə zamanı yaxınlıqdakı təhlükəsizlik kameraları işlək vəziyyətdə olub və bunun sayəsində hadisə anbaan qeydə alınıb. Heç kəsin qarışmadığı davada Anar Andrey Draçova 2 ayaq və 4 yumruq zərbəsi endirib. Bununla da dünya çempionu dünyasını dəyişib. Pauerliftinq üzrə Dünya və Avropa çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən 25 yaşlı Anar Allahverənov hazırda axtarışa verilib. Hazırda Xabarovskda Anarın tapılması üçün bütün yollara nəzarət edilir. Artıq şəhərin bütün küçələrinə, dəmiryolu və avtovağzallara, təyyarə limanına Anarın şəkli olan vərəqələr yapışdırılıb. Onun yaxınları, dostları bir-bir dindirilir, hər birindən Anarın yeri haqqında məlumat öyrənməyə çalışırlar. Güman edilir ki, Anar gecə ilə şəhəri tərk edib. Bu səbəbdən Anarın axtarışı bütün region üzrə aparılır. Bu sahə üzrə ən təcrübəli müstəntiqlər və əməliyyatçılar axtarışa cəlb edilib. Artıq 48 saatdır ki, Anar Allahverənov polisdən gizlənə bilir.
Musavat.com hadisə haqqında bəzi maraqlı detalları əldə edib. İlk olaraq onu qeyd edək ki, Anar Allahverənov qarışıq döyüş növləri ilə məşğul olub. O, bir neçə turnirdə uğurlar qazanıb.
Sözügedən hadisəyə qədər Xabarovskdakı Dəmiryolu institutunda təhsil alırmış. Təhsili ilə yanaşı tikintidə briqadir işləyirmiş.
Anar Allahverənovla Andrey Draçov öncədən də tanış imişlər. Əldə etdiyimiz məlumata görə, Anarla Andrey vaxtı ilə eyni idman məktəbinə gediblər. Aralarında uzun müddətdir ki, ədavət olub. Hər iki idmançı son hadisəyə qədər dəfələrlə bu tipli davalarda qarşı-qarşıya gəliblər. Sonuncu davanın əsl səbəbi isə hansı idman növünün daha yaxşı olması ilə bağlı olub. Beləcə kafedən içkili şəkildə bayıra çıxan idmançılar növbəti davaya çıxıblar. Nəticədə də Andrey Draçov ölüb.
Draçov 1985-ci ildə Xabarovsk şəhərində anadan olub və uzun illər peşəkar idmanla məşğul olub. 120 kiloqrama qədər çəki kateqoriyasında Dünya və Avropa çempionluğu da olan Draçov, kiçik-böyük bir çox yarışda da iştirak edib.
Bir çox peşəkar döyüş üzrə idmançılar hadisə zamanı Anarla Allahverənovun yerə yıxılan Andrey Draçova vurduğu 4 yumruq zərbəsinin əsl ölümcül zərbə olduğunu deyiblər: "Ayağı ilə vurduğu ilk zərbə Andreyi şoka salıb. İkinci zərbə isə huşunu itirməsinə səbəb olub. Bəlkə də o anda həyatını itirib. Amma yerə yıxılandan sonrakı Anarın vurduğu yumruq zərbələri əsl ölümcül zərbələrdir. O, qaydasız döyüşçü olduğu üçün bu ondan instinktdir. Onlar bütün döyüşlərdə rəqibi yerə yıxıb, sifətinə güclü zərbələr endirirlər. Bu davada da elə olub”.
Musavat.com
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama