Rəsmi Ankaranın tələbi ilə "erməni soyqırımı” iddiası ilə tanınan yazıçı saxlanıldı - İspaniyada

img

19-08-2017 [21:43]


İspaniya polisi Türkiyənin sorğusu əsasında türk əsilli Almaniya vətəndaşı olan yazıçı Doğan Axanlı saxlayıb. 

Bu barədə "Kölner Stadt-Anzeiger” nəşrinə D.Axanlının vəkili bildirib.

Məlumata görə, yazıçı bu gün məzuniyyətdə olduğu Qranada şəhərində saxlanılıb. Polisin İnterpolun təcili saxlanılmasına dair göstərişi əsasında saxlanılıb.    

Yazıçının saxlanılmasına əsas Türkiyədə ona qarşı başlanılan cinayət işi olub.  

Məlumata görə, 60 yaşlı D.Axanlı 1992-ci ildən Almaniyada yaşayır. O, qondarma "erməni soyqırımı” iddiaları ilə bağlı əsərləri ilə tanınır.  

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA