Rusiyada azərbaycanlıların iştirakıyla dava - 150 nəfər olublar

img

18-08-2017 [17:13]


Nijni Novqorodda topdansatış meyvə-tərəvəz bazarında Azərbaycan və Tacikistan vətəndaşları arasında kütləvi dava baş verib.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, davada təxminən 150 nəfər iştirak edib. Konfliktə səbəb azərbaycanlı satıcı ilə özbək alıcı arasındakı dava olub. Belə ki, sonuncu avtomobilini azərbaycanlıya aid piştaxtanın qarşısında saxlayıb. Satıcı maşını həmin yerdən uzaqlaşdırmağı tələb edəndə ikili arasında dava başlayıb. Şahidlərin sözlərinə görə, özbək alıcının "azərbaycanlılar arasında kişi yoxdur” deməsi davanın daha da qızışmasına səbəb olub.

Nəticədə azərbaycanlılar alıcını döyərək bazardan qovublar. Növbəti gün özbək qisas almaq üçün bir qrup taciklə qayıdıb. Onlar bazara bir neçə maşınla, üzərlərində daş, armatur çubuqlar və bıçaqlarla gəliblər.

Dava hadisə yerinə polisin gəlməsi ilə başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA